Çingiz Hüseynzadə və Azər Əliyev ANOC-un Baş Assambleyasında iştirak ediblər

Futbol
  • 17 oktyabr, 2019
  • 09:51
Çingiz Hüseynzadə və Azər Əliyev ANOC-un Baş Assambleyasında iştirak ediblər

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 24-cü Baş Assambleyasının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, 24-cü Assambleyada dünyanın bütün Milli Olimpiya komitələri (MOK), Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiya və təşkilat komitələrinin 1000-dən çox nümayəndəsi iştirak edir. 

Azərbaycanı Assambleyada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibinin müavini Azər Əliyev və MOK-un Marketinq departamentinin direktoru Mehman Kərimov təmsil edir.