Çimərlik futbolu üzrə Azərbaycan yığması Almaniyanı məğlub edib

Futbol
  • 02 iyul, 2022
  • 13:37
Çimərlik futbolu üzrə Azərbaycan yığması Almaniyanı məğlub edib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 6:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komanda iyulun 3-də İspaniya ilə qarşılaşacaq.

44 filmi