Çili milli komandasına yeni baş məşqçi təyin olunub

Futbol
  • 30 yanvar, 2016
  • 05:40
Çili milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 30 yanvar. REPORT.AZ/ Futbol üzrə Çili milli komandasının baş məşqçisi müəyyənləşib. "Report"un yerli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ispaniyalı Xuan Antonio Pitsidir. 

47 yaşlı mütəxəssis yığmanı DÇ-2018-in seçmə matçlarına və 2017-ci il Konfederasiyalar Kubokunun oyunlarına hazırlayacaq. O, 2015-ci ildə komandaya Amerika Kubokunu qazandırmış Xorxe Sampaolini əvəzləyib. 

Qeyd edək ki, Xuan Antonio Pitsinin son iş yeri 2014-cü ildən çalışdığı Meksikanın "Leon" klubu olub.