Monteneqroda futbol klubunun qapıçısı məşq zamanı güllələnib
Futbol
- 17 sentyabr, 2017
- 06:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 sentyabr. REPORT.AZ/ Monteneqronun birinci liqasında çıxış edən "Bokel" futbol klubunun qapıçısı Qoran Lenats meydanda açılan atəş nəticəsində dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Skalaradio" radiosuna istinadən "Çempionat" nəşri məlumat yayıb.
Hadisə məşq zamanı baş verib. Naməlum şəxs əvvəlcə ətrafdakıları qaçırtmaq üçün havaya bir neçə güllə atıb. Sonra isə meydana çıxaraq qapıçını hədəf alıb.
Həkimlər 33 yaşlı idmançının həyatını xilas etməyə çalışıblar, lakin o, xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Kotor şəhərində qatili axtarırlar.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region