Çempionlar Liqasının qalibi olan futbolçu Macarıstan klubu ilə müqavilə imzalayıb

Futbol
  • 10 dekabr, 2024
  • 11:36
Çempionlar Liqasının qalibi olan futbolçu Macarıstan klubu ilə müqavilə imzalayıb
Nabi Keyta

İngiltərənin "Liverpul" klubunun heyətində Çempionlar Liqasının qalibi olan Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.

29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.

Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

44 filmi