Çempionlar Liqasını ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazandı

Futbol
  • 29 may, 2021
  • 21:36
Çempionlar Liqasını ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazandı

UEFA Çempionlar Liqasında ardıcıl üçüncü mövsüm almaniyalı baş məşqçinin komandası qalib olub.

"Report"un məlumatına görə, Yurgen Klopp və Hans-Diter Flikin ardından Tomas Tuxel də Avropanın ən nüfuzlu klub turnirinin kubokuna yiyələnib.

Klopp 2018/2019 mövsümündə İngiltərə "Liverpul"una, Flik 2019/2020 mövsümündə Almaniya "Bavariya"sına, Tuxel isə bu mövsüm "Çelsi"yə bu titulu qazandırıb.

Tuxel "zadəganlar"a yanvarın 26-da Frenk Lempardın əvəzinə baş məşqçi təyin olunub. O, ötən mövsüm Fransa PSJ-sinin baş məşqçisi kimi finalda məhz Flikin "Bavariya"sına əlavə vaxtda eyni hesabla yenilib.

"Zadəganlar" finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni 1:0 hesabı ilə yenərək, UEFA Superkubokunda İspaniya "Vilyarreal"ına rəqib olub. Bu qarşılaşma isə avqustun 11-də Türkiyənin İstanbul şəhərində keçirilməlidir.