Çempionlar Liqasında yeni qol rekordu müəyyən edilib

Futbol
  • 23 oktyabr, 2025
  • 07:38
Çempionlar Liqasında yeni qol rekordu müəyyən edilib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən 18 oyunda komandalar ümumilikdə 71 qol vurub.

"Report"un UEFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu göstərici turnirin tarixində məhsuldarlıq baxımından rekord təşkil edir.

Əvvəlki rekord (18 matçda 67 qol) turnirin tarixində iki dəfə qeydə alınıb: cari mövsümünün I turunda və ötən mövsümün V turunda.

Xatırladaq ki, oktyabrın 21-də III turun ilk 9 oyununda 43 qol vurulub. İkinci oyun günündə isə komandalar ümumilikdə 28 dəfə fərqləniblər.

Qeyd edək ki, Çempionlar Liqasında bir turda 70-dən çox qol ilk dəfə vurulub.

Hazırda turnir cədvəlinə 9 xal toplayan PSJ başçılıq edir. İkinci yerdə eyni xala malik "Bavariya" qərarlaşıb. Üç-beşinci sıralarda eyni xala malik "İnter", "Arsenal" və "Real" klubları yer alıblar.