Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

Futbol
  • 13 mart, 2020
  • 11:40
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. 

"Report"un məlumatına görə, bu ada İtaliya "Atalanta"sının oyunçusu Yosip İliçiç layiq görülüb.

32 yaşlı yarımmüdafiəçi İspaniyada "Valensiya"nı 4:3 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab görüşündə 4 qol vuraraq pokerə imza atıb. 

Qeyd edək ki, ilk qarşılaşmada rəqibini 4:1 hesabı ilə üstələyən "Atalanta" 1/4 finala yüksəlib.