Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
  • 29 noyabr, 2019
  • 11:25
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb. 

"Report"un məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb. 

31 yaşlı polşalı hücumçu V turda Serbiyada "Srvena Zvezda"nı 6:0 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vurub. 

O, İspaniya "Barselona"sının hücumçusu Lionel Messi, Fransa PSJ-sinin qapıçısı Keylor Navas və İtaliya "İnter"inin forvardı Romelu Lukakunu geridə qoyub.

44 - Tezliklə