Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
Futbol
- 07 avqust, 2026
- 10:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasında baş tutacaq cavab oyununun hakimləri dəyişdirilib.
"Report" xəbər verir ki, UEFA daha əvvəl qarşılaşmaya Juan Pineyrunun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.
Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Fenjan və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək. VAR hakimi Bastyen Deşepi, AVAR isə Nikolya Renvil olacaq.
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Son xəbərlər
12:06
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
Daxili siyasət
12:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Media
12:00
Azərbaycanın neft-qaz sektorunun 2031-ci ilə qədər vergi öhdəlikləri müəyyənləşib
Energetika
11:59
Basketbolun "Şöhrət Zalı"na daxil edilən Kliff Heqan vəfat edib
Komanda
11:57
Sergey Lavrov gələn həftə İrana səfər edəcək
Region
11:56
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
Milli Məclis
11:56
Niderlandın Baş naziri Aİ ölkələri tərəfindən Ukraynaya edilən yardımın çatışmazlığını bəyan edib
Digər ölkələr
11:53
MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
Daxili siyasət
11:51
Foto
Azərbaycan Qazaxıstan və Özbəkistan ilə tranzit potensialını əlaqələndirməyi müzakirə edib
İnfrastruktur