"Qarabağ" və "Nyukasl" arasındakı oyunların keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib

Futbol
  • 30 yanvar, 2026
  • 20:41
Qarabağ və Nyukasl arasındakı oyunların keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Nyukasl" (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.

"Report" xəbər verir ki, "köhlən atlar" ilk matçını fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşma saat 21:45-də başlayacaq.

Fevralın 24-də İngiltərədə baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.