Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib
Futbol
- 16 iyul, 2024
- 18:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gəlib.
"Report" xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.
Matç 1:0 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb. İlk görüşdə "Linkoln" səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib. Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq oynayan "Linkoln" (5:4) kollektivi II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Son xəbərlər
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr