Çempionlar Liqası: Həftənin futbolçusu açıqlandı

Futbol
  • 12 mart, 2021
  • 11:03
Çempionlar Liqası: Həftənin futbolçusu açıqlandı
Erlinq Holann

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report" xəbər verir ki, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann layiq görülüb.

Norveçli hücumçu evdə İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə dublla yadda qalıb.

44 - Tezliklə