Çempionlar Liqası: Final oyununun baş hakimi dəyişdirilə bilər
Futbol
- 01 iyun, 2023
- 19:47
İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, buna səbəb matça təyinat alan polşalı referi Şimon Marçinyakın ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır. “Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.
Avropa futbol qurumunun dəqiqləşdirmə üçün təcili olaraq Marçinyaka müraciət etdiyi bildirilir. Onun həlledici görüşü idarə edib-etməyəcəyi ilə bağlı iyunun 2-də veriləcək.
Qeyd edək ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Son xəbərlər
08:05
Tramp: İran hələ də raket və dronlara malikdir
Digər ölkələr07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Digər ölkələr06:40
The Washington Post: Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır
Digər ölkələr06:18
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
Region05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
Digər ölkələr04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14