Çempionlar Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb - YENİLƏNİB-8
- 17 sentyabr, 2025
- 00:53

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.
"Report"un məlumatına görə, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.
Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geridönüş edə bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.
Bununla da ağdamlılar Çempionlar Liqasının Liqa mərhələsi tarixində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda beşinci qol vurulub.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 3:2.
86-cı dəqiqədə Aleksey Kaşuk diqqət mərkəzinə düşüb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 2:2.
48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə öndə yollanıblar.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.
30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.
16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.
"Report" xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma "Eştadiu da Luş" stadionunda keçirilir.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.