Çempionlar Liqası: "Barselona"nın üzvü bir oyunda qol vuran və assist edən ən gənc futbolçu olub
Futbol
- 12 mart, 2025
- 13:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, vinger buna "Benfika"ya qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.
İspaniya millisinin üzvü qitənin bir nömrəli klub turnirində bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan ən gənc oyunçudur. Yamal bunu 17 yaş, 241-ci günündə bacarıb. O, 2014-cü ildə qol və assist müəllifi olan "Bazel"in sabiq futbolçusu Brel Embolonu (17 yaş, 263 gün) geridə qoyub.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Son xəbərlər
16:29
İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytla maraqlanır
Futbol
16:23
İspaniyaya üzən qayıqda 7 miqrant ölüb
Digər ölkələr
16:16
Aİ-nin ehtiyacı: inqilabi islahatlar
Analitika
16:15
Vəli Qasımov: "İstedadlı uşaqların inkişafındakı durğunluğun qarşısı alınmalıdır"
Futbol
16:11
Foto
Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib
Daxili siyasət
16:08
Aynur Sofiyeva: Azərbaycanda qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığı ildən-ilə artır
Daxili siyasət
16:06
Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb
Hadisə
16:01
Estoniyada hakerlər supermarket şəbəkəsinin soyuducularını sıradan çıxarıblar
Digər ölkələr
15:58
"Appcharge" Azərbaycanda vergi uçotuna alınıb
Biznes