Çempionlar Liqas: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır
Futbol
- 11 avqust, 2025
- 22:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşlərinə ayrılmış yerlər Ağdam təmsilçisinin tərəfdarları üçün satışa çıxarılır.
Klubdan "Report"a verilən məlumata görə, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.
Satış sabah saat 12:00-dan start götürəcək.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.
Son xəbərlər
14:23
Zelenski: Krım da daxil, torpaqlarımızın Rusiyaya aid olduğunu qəbul edə bilmərik
Digər ölkələr
14:08
"CNN Türk": Zelenski Putinlə Türkiyədə görüşə hazırdır
Digər ölkələr
14:07
Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur
Media
14:03
İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir
Daxili siyasət
13:55
Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir
Digər ölkələr
13:46
Foto
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
Fərdi
13:36
Foto
XİN-in əməkdaşları "Qələbə qaçışı"nda iştirak ediblər
Fərdi
13:16
Foto
Azərbaycanın Bolqarıstandakı Səfirliyində Ümumdünya Şəhərlər Günü münasibətilə tədbir keçirilib
Xarici siyasət
13:01
ISNA: Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb
Digər ölkələr