"Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir
Futbol
- 18 sentyabr, 2021
- 09:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Çelsi" klubunun futbolçusu Kallum Hadson-Odoi idman vətəndaşlığını dəyişə bilər.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Qana millisində oynamağı düşünür.
Hadson-Odoi ikili vətəndaşlığa malikdir və FIFA-nın qaydalarına əsasən, turnirlərin son mərhələsində İngiltərəni təmsil etmədiyi üçün yığmasını dəyişmək hüququ var.
O, İngiltərənin əsas millisinin heyətində 3 qarşılaşmada meydana çıxıb. Lakin bu, futbolçu 21 yaşına çatmamış baş verib. Yarımmüdafiəçi DÇ-2022-nin seçmə oyunları üçün əsas milliyə çağırılmaqdan da imtina edib.
Qeyd edək ki, Kallum Hadson-Odoi "Çelsi"nin yetirməsidir.
Son xəbərlər
09:10
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
İKT
09:07
Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb
Futbol
09:03
Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
Futbol
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.10.2026)
Maliyyə
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.10.2026)
Maliyyə
08:57
Polşada Baltik dənizi çimərliyində naməlum uçuş aparatının qalıqları aşkarlanıb
Digər ölkələr
08:33
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika
08:23
ABŞ-nin narkotik ticarətçilərinə zərbələri kokain daşınmasının qarşısını ala bilməyib
Digər ölkələr
08:11
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur