"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

Futbol
  • 21 sentyabr, 2017
  • 17:59
Çelsinin futbolçusu ağır yol qəzasına düşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayoko "Mercedes-Benz G-Class" markalı avtomobilində qəzaya düşüb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də o məşqdən çıxıb evə gedən zaman baş verib.

Qəzanın təfərrüatları məlum deyil, lakin 23 yaşlı fransalı futbolçunun xəsarət almadığı və artıq evində olduğu bildirilir.

Bakayoko "Monako"dan "Çelsi"yə ötən ilin yayında keçib.