"Çelsi"nin futbolçusu 74 milyon dollara Çin klubuna keçir

Futbol
  • 24 dekabr, 2016
  • 02:42
Çelsinin futbolçusu 74 milyon dollara Çin klubuna keçir

Bakı. 24 dekabr. REPORT.AZ/ Londonun "Çelsi" klubunun yarımmüdafiəçisi Çinin "Şanxay SİPQ" klubuna keçir.

"Report" xəbər verir ki, rəsmi transfer yanvarın ilk günlərində baş tutacaq, lakin klublar sövdələşmənin şərtləri barədə razılığa gəliblər.

BBC-nin məlumatına görə, transferin dəyəri təqribən 74 milyon dollardır, Oskarın məvacibi isə ildə 25 milyon dollar təşkil edəcək.

44 - Tezliklə