"Çelsi"nin baş məşqçisi mətbuat konfransında badə qaldırıb - VİDEO
- 27 dekabr, 2017
- 05:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 dekabr. REPORT.AZ/ "Çelsi" futbol komandasının baş məşqçisi Antonio Konte "Brayton"u 2:0 hesabı ilə yendikləri İngiltərə Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında şampan şərabı içib. "Report"un məlumatına görə, italiyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib.
O deyib: "Milad bayramı arxada qalsa da, mən bugünkü oyundan sonra sizi təbrik etmək istərdim. Sizə və ailənizə xoş bayramlar arzu edirəm. Yeni il? Xeyr, bizim hələ "Stok Siti" ilə oyunumuz olacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam".
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la birgə yer aldığı qrupdan ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib. Növbəti mərhələdə rəqib İspaniya "Barselona"sı olacaq.