"Çelsi"nin baş məşqçisi: "Koronavirus lotereya kimidir"
Futbol
- 22 dekabr, 2021
- 07:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel koronavirusla bağlı vəziyyətin gündəlik işə necə təsir etməsindən danışıb.
"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hər gün test verdiklərini bildirib.
Almaniyalı baş məşqçi yalnız bundan sonra binaya buraxıldıqlarını söyləyib: "Bu, lotereyadır. İşə gedirsən, amma ofisə girib-girməyəcəyini bilmirsən. Bu, yaxşıdır. Çünki ən azı bir gün təhlükəsizliyə zəmanət verir və ertəsi gün yenidən test verirsiniz. Ancaq kimin nəticəsinin müsbət olacağını heç vaxt bilmirsiniz. Bu da lotereyadır".
Tuxel klub akademiyasının yetirməsi Lüis Beykerin testinin müsbət çıxdığını sözlərinə əlavə edib.
Son xəbərlər
17:20
Sahil Babayev: "Gələn il qeyri-neft-qaz sektorunda vergi yükü 13,5 % olacaq"
Maliyyə
17:13
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
İKT
17:08
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
17:06
Rafael Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Futbol
17:04
"UN Tourism"in rəsmisi: "Azərbaycanda sağlamlıq turizminin böyük potensialı var"
Turizm
17:04
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 61 mini ötüb
Maliyyə
17:01
Qazaxıstan Azərbaycan ərazisilə İsrailə 500 min ton buğda çatdırmağa hazırdır
ASK
16:54
Konqresi uduzan "Tramp"çılar - prezident seçkisində çətinləşəcək qələbə
Analitika
16:53
BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır
Energetika