"Çelsi" klubuna yeni baş məşqçi təyin olunub - RƏSMİ
Futbol
- 14 iyul, 2018
- 08:13
Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.
İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib.
Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzində İtaliyanın "Napoli" klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib.
Son xəbərlər
13:39
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
Fərdi13:35
Jasurbek Çoriyev: "Özbəkistan və Azərbaycan arasında avtomobil daşımalarında icazə sistemi ləğv edilə bilər" – MÜSAHİBƏ
İnfrastruktur13:31
Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb
Fərdi13:30
Foto
"Formula 1": Corc Rassell Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib - YENİLƏNİB
İdman13:19
"Birbaşa Bakı" Çempionlar Liqasında ikinci qələbəsini qazanıb
Futbol13:14
Azərbaycanın U-16 millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb
Futbol13:11
"Formula 1" Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çatıb
Formula 113:06
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
Region13:06
Foto