"Çelsi" Joze Mourinyonu istefaya göndərib
Futbol
- 17 dekabr, 2015
- 15:01
Bakı. 17 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Joze Mourinyo istefaya göndərilib. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə klub rəhbərliyi qərar qəbul edib.
52 yaşlı mütəxəssis "zadəganlar"ın sükanı arxasında olduğu 7 ay ərzində komandaya ölkə çempionluğu qazandırıb. O, avqustun 7-də klubla 4 illik yeni müqavilə bağlasa da, bu mövsüm "Çelsi" Premyer Liqada 16 oyundan 9-da uduzub. Hazırda London təmsilçisini autsayder zonasından 1 xal ayırır.
Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi postuna əsas namizəd kimi Qus Hiddink, Xosep Qvardiola, Brendan Rocers və Xuande Ramosun göstərilir.
Son xəbərlər
08:12
Foto
Bakıda 3 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir
İnfrastruktur07:56
Tramp Kanada mallarına 50 %-lik rüsumların tətbiqini dayandırıb
Digər ölkələr07:47
Kiberhücum risklərinə görə ChatGPT-in yeni modellərinin öyrənilməsi yubadılır
İKT07:23
Çin ilk dəfə təkrar istifadə edilən daşıyıcı raketi uğurla yerə endirib
Digər ölkələr06:51
WSJ: Tramp payızda Kim Çen Inla görüşmək istəyir
Digər ölkələr06:18
Barrak: ABŞ İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq mexanizmi hazırlayır
Digər ölkələr05:57
"TikTok" pul köçürmə sistemini istifadəyə verə bilər
İKT05:31
İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib
Region05:04