"Çelsi" futbolçusu Aksel Disasini icarəyə verib

Futbol
  • 26 avqust, 2026
  • 16:08
Çelsi futbolçusu Aksel Disasini icarəyə verib

İngiltərənin "Çelsi" klubu futbolçusu Aksel Disasini icarəyə verib.

"Report" xəbər verir ki, bu barədə London təmsilçisi məlumat yayıb.

28 yaşlı müdafiəçi 2026/2027 mövsümündə "Kristal Pelas"ın formasını geyinəcək.

Xatırladaq ki, 2023-cü ildən "Çelsi"də çıxış edən A.Disasi ötən mövsüm icarə əsasında "Vest Hem"də oynayıb.