"Çelsi" azarkeşlərinə "Qarabağ"la oyun zamanı stadionda xüsusi giriş ayrılacaq

Futbol
  • 20 noyabr, 2017
  • 13:53
Çelsi azarkeşlərinə Qarabağla oyun zamanı stadionda xüsusi giriş ayrılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ “Çelsi” futbol komandasını "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının V tur matçında dəstəkləmək üçün İngiltərədən 900 azarkeş gələcək.

Bu barədə “Report”a oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev məlumat verib.

O bildirib ki,  qonaq komanda fanatlarına BOS-a daxil olmaq üçün xüsusi giriş ayrılacaq. Onlar “Qarabağ” tərəfdarları stadionu tərk etdikdən sonra tribunanı boşaldacaqlar. Bu addım ingiltərəli azarkeşlərin təhlükəsizliyi məqsədi ilə atılıb.

“Çelsi” fanatlarının spirtli içkilərə meyilli olması narahatlıq yaradır. Lakin C.Qarayevin sözlərinə görə, matç günü stadion ərazisində sponsor şirkətin pivələri istisna olmaqla, heç bir spirtli içki satılmayacaq.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək oyun saat 21:00-da başlayacaq.

44 - Tezliklə