Cavid İmamverdiyev: “Sabah”da kölgədə qalmağım məni narahat etmir”
- 22 oktyabr, 2018
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 oktyabr. REPORT.AZ/ “Sabah”komandasının futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının VIIIturunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərinsuallarını cavablandırıb.
“Report”debütantın kapitanı ilə müsahibəni təqdim edir:
- Son 3matçda qalib gələ bilməmişdiniz. Bu qələbəyə nəyin hesabına nail oldunuz?
- Düşünürəmki, bu qələbə bizə çox vacib idi. Ən azından özümüzə gəlmək baxımından. Çünki 3oyundur uda bilmirdik. Məqsədimiz, komandamızın planları var. Bu qələbəni klubunprezidenti Maqsud Adıgözəlova həsr edirik. Həm komanda yoldaşlarımı, həm də məşqçilərkorpusumuzu təbrik edirəm. Şükürlər olsun ki, qələbəni qazandıq.
- Məqsədiniznədir? Məlumdur ki, “Sabah” fəaliyyətinin 3 ili tamam olmadığı üçünavrokuboklarda çıxış edə bilməz...
- Bu, aydınməsələdir. Məlum səbəbdən bu mövsüm avrokuboklara düşə bilmərik. Bununla belə,nə qədər çox xal toplasaq, bir o qədər rahat olar. Əsas odur ki, Premyer Liqadaqalaq. Məqsəd deyəndə, bunu nəzərdə tutdum. Bu komandanın uğuru üçün ancaq canımızı qoymalıyıq, başqa yolumuz yoxdur.Mübarizə aparmalıyıq ki, qələbə qazana bilək. “Sumqayıt” da yaxşı komandadır.Belə rəqib üzərində qələbə qazandığımıza görə çox şadam.
- Ötənmövsüm “Sumqayt”dakı çıxışınızla müqayisədə indi bir az fərqli mövqedə çıxış edirsiniz.Orada daha çox hücumda yer alırdınızsa, hazırda müdafiəyə kömək edirsiniz. Bu,baş məşqçiniz Elşad Əhmədovun göstərişidir, yoxsa öz seçiminizdir?
- Əlbəttə,baş məşqçinin göstərişidir. Mənin üçün fərqi yoxdur, baş məşqçi harda deyirsə,orda oynayaram. Hər məşqçi də eyni futbolu istəmir. Elşad müəllim məndən bufutbolu tələb edir. Mən də əlimdən gəldiyi qədər onun dediyini yerinə yetirməyəçalışıram.
- Ancaq “Sumqayıt”dadaha ön planda görünürdünüz, qollar vururdunuz. Təsadüfi deyil ki, həmin vaxtadınız “Qarabağ”, “Neftçi”, “Qəəblə” kimi klublarla yanaşı çəkilirdi. İndi birqədər kölgədə qalmağınız sizi narahat etmir?
- Yox!Düşünürəm ki, özümə gələcəyəm. Bildiyiniz kimi, təlim-məşq toplanışına da gecqatıldım. Toplanışdan qayıdandan sonra ardarda iki dəfə zədə aldım. İndi özüməgəlirəm. İnanıram ki, əvvəlki Cavidi görəcəksiniz.