Cavid Hüseynov: “Neftçi” üzərində qələbə gələcək oyunlara stimul verə bilər”
- 20 oktyabr, 2018
- 16:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qəbələ” komandasının kapitanı Cavid Hüseynov doğma meydanda"Neftçi” üzərində 3:1 hesablı qələbə qazanmalarına münasibət bildirib.
"Report"un məlumatına görə, Hüseynov hazırda ən yaxşı formada ikikomandadan biri olan “Neftçi”nin turnir cədvəlində birinci yerdə qərarlaşdığını, "Qəbələ”nin isə indiyə qədər ağır günlərininolduğunu qeyd edib.
"Qəbələ”nin kapitanı bugünkü qələbə ilə ağır günləriarxada qoyduqlarını vurğulayıb: “Qarşıdakı oyunlarda da qələbə qazanmaq üçün əlimizdəngələni edəcəyik ki, "Qəbələ” layiq olduğu yerdə olsun. Komandamız “qarazolaq”da idi, bu, hər komandanın başına gələ bilir. “Qara zolaq”dan hərkomanda çıxa bilmir. Bu vəziyyətdən 50faiz çıxa bildik. Oyun artıq arxada qaldı, gələcək oyunlarahazırlaşmalıyıq”.
30 yaşlı yarımmüdafiəçi baş məşqçi Sənan Qurbanovun istefayagöndəriləcəyi, bəzi futbolçuların bu mütəxəssislə işləmək istəmədikləri barədəsualı da cavablandırıb: “Futbolçuların baş məşqçi ilə işləmək istəmədikləri barədəxəbər yalandır. Sadəcə, baş məşqçinin istefası barədə söz-söhbətlər gəzirdi.Amma mən əvvəlcə də demişdim ki, Qurbanovun istefa verməsi üçün hələ tezdir.Çünki elə komanda var ki, potensialını tam aça bilmir. Amma bugünkü oyunda dagördünüz ki, hücum xəttimiz necə oynadı. Hücum xəttimiz hər oyun belə çıxış etsə,yaxşı yerlər uğrunda mübarizə apara bilərik.
“Neftçi” üzərində qələbə gələcəkoyunlara da stimul verə bilər. Bu, bizimüçün başlanğıc olmalıdır. Biz ağır günləri arxada qoymalı, unutmalıyıq. Qalib gəldik,artıq gələcək oyunlara köklənmək lazımdır”.