CAR-ın baş məşqçisi Hüqo Bros: "Kanada ilə oyunun taleyini cəmi bir an həll etdi"
- 29 iyun, 2026
- 01:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Afrika Respublikası (CAR) - Kanada oyununun taleyini cəmi bir an həll edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu CAR-ın baş məşqçisi Hüqo Bros DÇ-2026-nın 1/16 final mərhələsində Kanadaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis sözüdən qarşılaşmada yaxşı çıxış etdiklərini bildirib:
"Futbolçularımla fəxr edirəm. Bu gün sona qədər mübarizə apardıq, lakin oyunun taleyini cəmi bir an həll etdi. Turnirdən məyus ayrılsaq da, dünya çempionatında göstərdiyimiz çıxış Cənubi Afrika futbolu üçün qürur mənbəyidir. Yığmanın baş məşqçi postundan ayrılıb-ayrılmayacağımı dəqiq bilmirəm. Bu suala yaxın günlərdə aydınlıq gələcək".
Qeyd edək ki, CAR seçməsinə 1:0 hesabı ilə qalib gələn Kanada 1/8 finala yüksəlib.