Gənclər və İdman Nazirliyinin əməkdaşları Fəxri Xiyabanı ziyarət edib
- 26 iyul, 2019
- 08:25
Gənclər və İdman Nazirliyinin əməkdaşları qurumun yaranmasının 25 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
"Report"un məlumatına görə, nazir Azad Rəhimov və qurumun işçiləri ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
A.Rəhimov həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Jurnalistlərə açıqlama verən A.Rəhimov bildirib ki, 25 il öncə ulu öndərin başlıca sərəncamlarından biri də Gənclər və İdman Nazirliyinin təsis olunması idi. Nazir bu günün gənclər və idman sahəsində işləyən əməkdaşlar üçün çox əlamətdar olduğunu diqqətə çatdırıb: "25 il nazirlik şərəfli bir yol keçib. Gənclər sahəsində vacib olan layihələr həyata keçirilib. İdmanda böyük uğurlar əldə olunub. Gənclər siyasəti dövtət tərəfindən dəstəklənir. Bizim gənclər siyasətinin modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və bir nümunə kimi digər ölkələrə nümayiş etdirilir. İdman sahəsində möhtəşəm tədbirlər Bakıda keçirilib. Bu tədbirlərdə və olimpiadalarda idmançılarımız çoxlu medallar əldə ediblər. Bunun hamısı çox sevindirici hallardır. Düşünürük ki, gələcəkdə də bu uğurlar təkrarlanacaq".