Bundesliqa klubu futbolçusunu bir ay komandadan kənarlaşdırıb
Futbol
- 04 iyul, 2025
- 10:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu futbolçusu Florian Noyhausu cəzalandırıb.
"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi bir ay müddətinə əsas komandadan kənarlaşdırılıb. Qərar 28 yaşlı oyunçunun sosial şəbəkələrdə yayılan videosuna görə verilib.
Sərxoş olan futbolçu azarkeşlərlə söhbət edib. Fanatlardan biri klubun idman direktorunu "dünyanın ən pisi" adlandırıb, Noyhaus isə buna gülüb.
Qeyd edək ki, Florian Noyhaus 2017-ci ildən Münhenqladbax təmsilçisində çıxış edir. O, ümumilikdə 220 matçda 26 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol
01:21
Foto
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
Hadisə
01:09
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
Digər ölkələr
00:47
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb
Region
00:18
Belarusda "Spotify" dekabrın 1-dən bloklanacaq
Digər ölkələr
23:48
Foto
Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar
Fərdi
23:20
Foto
Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub
Xarici siyasət
22:55
İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu
Futbol