Bu gün "Qəbələ" UEFA Gənclər Liqasında "Şerif"lə cavab oyununa çıxacaq
- 24 oktyabr, 2018
- 05:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsində cavab oyununa çıxacaq.
"Report"un məlumatına görə, "qırmızı-qaralar" Moldovada “Şerif”in qonağı olacaq. Tiraspolda "Şerif" stadionunun kiçik arenasında təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Görüşü Timofeo Kristofinin rəhbərliyi altında kiprli hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş matç heç-heçə ilə nəticələnib - 1:1. Cütün qalibi növbəti mərhələdə “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar Yolu
I mərhələ, cavab oyunu
16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. “Şerif” stadionunun kiçik arenası
İlk oyun – 1:1.