Bu gün "Qarabağ" və "Qəbələ" Avropa Liqasında həlledici oyuna çıxacaq
- 03 noyabr, 2016
- 03:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ "Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək.
"Report"un məlumatına görə, "J" qrupunda çıxış edən "Qarabağ" səfərdə, "C" qrupunda mübarizə aparan "Qəbələ" isə evdə yarışacaq.
Keçirdiyi üç oyunun hamısında məğlub olan "Qəbələ" bu dəfə Fransanın "Sent-Etyen" klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri qələbə sayəsində qrupdakı vəziyyətlərini az da olsa, yaxşılaşdıra biləcəklər. Qrupun digər oyununda isə Almaniyanın "Maynts" klubu Belçikada "Anderlext"lə qarşılaşacaq.
"Qarabağ"ın isə Yunanıstanda PAOK-la həlledici görüşə çıxdığını demək olar. İtaliyanın "Fiorentina" klubu 7 xalla qrupda lider mövqeyində möhkəmlənibsə, "Qarabağ" və PAOK hərəyə 4 xalla 2 və 3-cü pillələri bölüşürlər. Qalib komanda ikinci pilləyə yüksələcək ki, bu da qrupdan çıxmaq üçün yaxşı fürsət olacaq. Qrupun digər görüşündə "Fiorentina" Çexiyanın "Slovan" klubunu qəbul edəcək.
Avropa Liqası, qrup mərhələsi, IV tur
C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes
Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)
Bakı. "Bakcell Arena"
J qrupu
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer
Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu