Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək
- 01 fevral, 2025
- 05:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, ilk olaraq "Turan Tovuz" autsayder "Səbail"i sınağa çəkəcək.
Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
Ardınca isə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 18:30-da start götürəcək.
Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, "Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 21 xalı olan "Sumqayıt" altıncı, 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.
Misli Premyer Liqası
III dövrə, XXI tur
1 fevral
16:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.