Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək

Futbol
  • 11 mart, 2025
  • 10:59
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

"Report" xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Sözügedən stadionda bu gün həmçinin üçüncü yer uğrunda “Aznur” və “Galaxy” komandaları qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.