Brunu Fernandeş "Mançester Yunayted"də het-trik sayına görə Kriştianu Ronalduya çatıb

Futbol
  • 31 avqust, 2026
  • 11:13
Brunu Fernandeş Mançester Yunayteddə het-trik sayına görə Kriştianu Ronalduya çatıb

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə çempionatının II turunun "İpsviç"lə ev matçında (5:2) het-trik edib.

"Report" "Squawka" statistika resursuna istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu bu göstərici (3 het-trik) üzrə 2003-2009 və 2021-2022-ci illərdə Mançester təmsilçisində çıxış etmiş həmyerlisi Kriştianu Ronalduya çatıb.

B.Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümünün yekunlarına əsasən İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən ilin ən yaxşı oyunçusu seçilib. O, K.Ronaldudan (2006/2007 və 2007/2008 mövsümləri) sonra bu mükafatı alan ikinci portuqaliyalı futbolçu olub.