Brel Embolo İsveçrə - Əlcəzair oyununun ən yaxşı futbolçusu seçilib

Futbol
  • 03 iyul, 2026
  • 09:11
Brel Embolo İsveçrə - Əlcəzair oyununun ən yaxşı futbolçusu seçilib

İsveçrə və Əlcəzair komandaları arasında keçirilən DÇ-2026-nın 1/16 final mərhələsinin ən yaxşı futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, Avropa təmsilçisinin heyətində Brel Embolo bu ada layiq görülüb.

Rəqibini iki cavabsız qolla üstələyən İsveçrə yığması 1/8 finala vəsiqə qazanıb. Görüşdə ilk qolu Brel Embolo vurub.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı iyulun 19-da başa çatacaq.

44 filmi