Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb
Futbol
- 30 sentyabr, 2022
- 05:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.
"Report" xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlara çağırılıb.
Hazırda ölkəsinin "Marreko" klubunda çıxış edən vinger sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.
Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib: "Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər".
Qeyd edək ki, 6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media