Braziliyalı dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Futbol
  • 24 mart, 2022
  • 07:20
Braziliyalı dünya çempionu 45 yaşında karyerasını bərpa edib

Braziliya millisinin sabiq futbolçusu Denilson de Oliveyra 45 yaşında karyerasını bərpa edib.

"Report"un məlumatına görə, yarımmüdafiəçi ölkəsinin 7-ci liqasında çıxış edən "İbis"lə müqavilə imzalayıb.

Qeyd edək ki, Denilson de Oliveyra İspaniyada "Betis", Fransada "Bordo" klubunun formasını geyinib. O, son olaraq 2010-cu ildə Yunanıstan təmsilçisi "Kavala" ilə müqavilə imzalasa da, heç bir rəsmi qarşılaşmada meydana çıxmayıb.

1996 - 2003-cü illərdə Braziliya yığmasına dəvət alan yarımmüdafiəçi 1997-ci ildə Amerika Kuboku ilə Konfederasiyalar Kubokunun, 2002-ci ildə isə dünya çempionatının qalibi olub.

44 - Tezliklə