Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər

Futbol
  • 10 fevral, 2017
  • 07:34
Braziliya və Argentina milliləri 100 minlik stadionda yoldaşlıq görüşü keçirəcəklər

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. "Report"un Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Latın Amerikası təmsilçiləri iyunun 9-da Avstraliyanın Melburn şəhərində üz-üzə gələcəklər.

Oyun 100 min tamaşaçı tutumuna malik "Melburn Kriket Qraund" stadionunda baş tutacaq.

Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun ötən il noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Braziliyada baş tutmuş matçda meydan sahibləri böyük hesabla qalib gəlib - 3:0. 

44 - Tezliklə