Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib
Futbol
- 11 yanvar, 2023
- 17:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliya millisinin sabiq futbolçusu Joao Miranda peşəkar karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə 39 yaşlı mərkəz müdafiəçisi özünün tviter səhifəsində paylaşım edib.
"Vaxt gəlib çatdı. Mənə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm. Çox sağ, futbol!", - "sambaçı" yazıb.
Qeyd edək ki, "San-Paulu"nun heyətində üçqat Braziliya çempionu olan Joao Miranda Madrid "Atletiko"su ilə İspaniya La Liqasını, Kral Kubokunu və Superkubokunu, Avropa Liqasını və UEFA Super Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalında oynayıb. Yığma ilə Amerika Kubokunda qələbə sevinci yaşayan veteran futbolçu İtaliyada "İnter"in də formasını geyinib.
Son xəbərlər
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət
02:21
KTMT baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
Region
01:40
Avropanın beş lideri Rusiya ilə danışıqlar üçün namizəd göstərilir
Digər ölkələr
01:04
Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib
Futbol
00:59
Konfrans Liqası: "Trabzonspor", "Ayaks" və "Monako" qələbə qazanıb
Futbol
00:50
Tibetdə 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər ölüb
Digər ölkələr
00:35
Tramp: Ukraynanın "Starshield" sisteminə çıxışı bərpa olunub
Digər ölkələr
00:04
Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib
Region