Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Futbol
  • 26 iyul, 2018
  • 05:32
Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Braziliya Futbol Konfederasiyası millinin baş məşqçisi Tite ilə müqavilənin müddətini uzadıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv Rusiyada təşkil edilən 2018-ci il dünya çempionatının 1/4 finalında Belçika kollektivinə 1:2 hesabı ilə uduzaraq, mükafatçılar sırasına düşməyib. Titenin komandası indiyədək keçirdiyi 26 matçdan 20-də qalib gəlib və 2 dəfə uduzub.