Braziliya millisində 60 ildən sonra ilk yaşanıb
Futbol
- 12 may, 2025
- 20:31
Futbol üzrə Braziliya millisinə 1965-ci ildən sonra ilk dəfə əcnəbi baş məşqçi rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu gün yığmanın "sükanı arxasına" gətirilən italiyalı Karlo Ançelotti 60 ildən sonra "sambaçılar"ı çalışdıracaq ilk əcnəbi mütəxəssis olacaq.
Sonuncu dəfə milliyə əcnəbilərdən argentinalı Filpo Nunyes rəhbərlik edib.
Qeyd edək ki, bu, Ançelottinin də ilk yığma komanda sınağı olacaq. 65 yaşlı baş məşqçi Braziliyanı 2026-cı il dünya çempionatına hazırlayacaq. O, seçmə mərhələdə Ekvador (6 iyun) və Paraqvaya (11 iyun) qarşı keçiriləcək oyunlarda millini meydana çıxaracaq.
Son xəbərlər
18:23
İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
Digər ölkələr18:19
Foto
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
İqtisadiyyat18:18
Foto
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Biznes18:15
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq
Elm və təhsil18:05
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
Region17:40
Foto
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
Fərdi17:34
Foto
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Xarici siyasət17:29
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Sənaye17:27