Braziliya çempionatında kuryoz hadisə yaşanıb
Futbol
- 22 fevral, 2021
- 16:21
Braziliya çempionatında "Flamenqo" və "İnternasyonal" klubları arasındakı oyunda kuryoz hadisə baş verib.
"Report" xəbər verir ki, Rio-de-Janeyro təmsilçisindən icarəyə götürülən qonaqların əsas müdafiəçisi Rodiney Marselo de Almeyda müqavilə şərtinə əsasən, bu matçda meydana çıxa bilməzdi.
Bunun üçün qarşı tərəfə 153 000 avro cərimə ödəmək lazım idi. Yerli azarkeşlərdən biri ödənişi öz üzərinə götürərək 29 yaşlı futbolçunun oynamasına şərait yaradıb.
Əsas hadisələr də bundan sonra yaşanıb və təcrübəli oyunçu bir anda antiqəhrəmana çevrilib. İlk hissədə avtoqol müəllifi olan Rodiney ikinci yarının əvvəlində qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə "İnternasyonal" 1:2 hesabı ilə uduzaraq liderliyi rəqibə təhvil verib.
Son xəbərlər
00:39
Cesse Marş: "Uzun müddətdir məğlub olmayan güclü Mərakeşə qarşı sonadək müqavimət göstərdik"
Futbol00:37
Balakişi Qasımov: Ənənəvi televiziya özünün son 10 ilini yaşayır
Media00:23
Məhəmməd Vəhbi: "Etiraf etməliyəm ki, Kanada çox yüksək oyun nümayiş etdirdi"
Futbol00:16
Video
Yevlaxda qəza baş verib, FHN-in əməkdaşları əraziyə cəlb edilib
Hadisə23:55
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi olub
Komanda23:34
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Digər ölkələr23:25
Azzedin Unahi Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu seçilib
Futbol23:20
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb
Hadisə23:05