"Borussiya"nın xəstəxanaya yerləşdirilmiş futbolçusu Konstantinos Karetsas məşqlərə qayıdıb

Futbol
  • 16 sentyabr, 2026
  • 19:31
Borussiyanın xəstəxanaya yerləşdirilmiş futbolçusu Konstantinos Karetsas məşqlərə qayıdıb

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Konstantinos Karetsas komanda ilə məşqlərə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçi həftənin əvvəlində fərdi tapşırıqları yerinə yetirdikdən sonra çərşənbə günü kollektivlə hazırlığa qoşulub.

Xatırladaq ki, K.Karetsas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın "Vilyarreal" komandasına qarşı keçirilən matçın 27-ci dəqiqəsində səhhətində yaranan problem səbəbindən əvəzlənib. O, qan dövranındakı problem ucbatından daha sonra xəstəxanaya yerləşdirilib.

44 filmi