Bolqarıstan klubunda 12 nəfər koronavirusa yoluxdu

Futbol
  • 11 noyabr, 2020
  • 06:56
Bolqarıstan klubunda 12 nəfər koronavirusa yoluxdu

Bolqarıstanın "Lüdoqorets" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb.

Bu səbəbdən Razqrad təmsilçisinin ölkə kubokunun 1/16 final mərhələsində "Svoqa" klubu ilə noyabrın 12-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

İnfeksiyaya yoluxanların adları açıqlanmayıb.

44 - Tezliklə