Blatter koronavirusa yoluxduğunu açıqlayıb
Futbol
- 05 dekabr, 2020
- 13:13
FIFA-nın sabiq prezidenti Yozef Blatter noyabrda koronavirus xəstəliyi keçirib.
"Report"un məlumatına görə, bu barədə isveçrəli funksioner "The Athletic" nəşrinə açıqlamasında deyib.
O, 2 həftə xəstəxanada qaldığını və artıq tam olaraq sağaldığını bildirib: "Heç bir simptom yoxdur. Bu, 3 həftə öncə baş verib. Xəstələndim, daha sonra qızdırmam oldu. Cəmi bir gecə özümü pis hiss etdim. Şəxsi həkimim məni müayinə etdikdən sonra dərhal xəstəxanaya göndərdi. Test götürdülər və nəticənin müsbət olduğunu bildirdilər. İndi isə özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FIFA-ya rəhbərlik edib.
Son xəbərlər
12:16
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur12:16
Azərbaycanda dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb
Maliyyə12:09
Azərbaycan orta illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib
Maliyyə12:04
Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib
Maliyyə11:50
Aİ Gürcüstandan "Şəffaflıq" və "Ailə Dəyərləri haqqında" qanunların ləğvini tələb edib
Region11:47
Venesuelada iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 438 nəfərə çatıb
Digər ölkələr11:43
Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
Biznes11:40
FTB-nin terror təşkilatlarına dəstək ittihamı ilə axtardığı şəxs Gürcüstanda saxlanılıb
Region11:37