"Birbaşa Bakı" Çempionlar Liqasında mübarizəni dayandırıb

Futbol
  • 25 sentyabr, 2026
  • 16:10
Birbaşa Bakı Çempionlar Liqasında mübarizəni dayandırıb

"Birbaşa Bakı" komandası minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 1/8 finalda İngiltərənin "Bukovina Badeuti" komandası ilə üz-üzə gəlib.

Qarşılşamanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə İngiltərə komandası daha dəqiq olub - 2:0.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən "Aznur" qrup mərhələsində mübarizəni dayandırmışdı.