“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib
Futbol
- 12 yanvar, 2023
- 10:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Beşiktaş” klubu futbolçusu Vout Veqhorstla müqaviləni ləğv edib.
“Report” xəbər verir ki, İstanbul təmsilçisi Niderland millisinin hücumçusu ilə yollarını ayırdığını açıqlayıb.
“Ağ-qaralar” mövsümün əvvəlində 31 yaşlı forvardı İngiltərə klubu “Bernli”dən birillik icarəyə götürsə də, vaxtından tez sözləşməyə xitam verilib. Buna səbəb Veqhorstun Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə anlaşmasıdır. O, mövsümün ikinci yarısını icarə əsasında “qırmızı şeytanlar”da keçirəcək. Bu keçid “Beşiktaş”a 3 milyon avro qazandırıb.
Qeyd edək ki, Vout Veqhorst 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Argentina ilə oyunda 2 qol vurub.
Son xəbərlər
13:05
Azərbaycan və NATO arasında tərəfdaşlıq əməkdaşlığının perspektivləri müzakirə olunub
Xarici siyasət
13:00
Foto
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
Futbol
12:58
Tahir Rzayev: "Minimal kəsim çəkisi qanunla tənzimlənəcək"
ASK
12:51
Şlapaçenko: Azərbaycan qlobal problemlərin həllində iştiraka hazır olduğunu nümayiş etdirir
Xarici siyasət
12:50
Foto
Cari ilin 9 ayında reabilitasiya mərkəzlərində 115 minə yaxın şəxsə xidmət göstərilib
Sosial müdafiə
12:43
Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
12:43
Foto
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - Yenilənib
Qarabağ
12:38
Foto
İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Mədəniyyət siyasəti
12:37
Səməd Bəşirli: "Azərbaycan son 6 ildə 49 milyard dollar xarici investisiya cəlb edib"
İqtisadiyyat