"Beşiktaş"ın futbolçusu Xorvatiya millisinin mundial üçün yekun heyətində yer alıb

Futbol
  • 04 iyun, 2018
  • 11:10
Beşiktaşın futbolçusu Xorvatiya millisinin mundial üçün yekun heyətində yer alıb

Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə Xorvatiya millisinin 2018-ci il dünya çempionatı üçün heyəti açıqlanıb.

“Report” Xorvatiya Futbol Federasiyasının rəsmi “twitter” səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç heyətə 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçunun adını daxil edib.

Qapıçılar: Lovre Kaliniç ("Gent", Belçika), Daniel Subaşiç ("Monako", Fransa), Dominik Livakoviç ("Dinamo" Zaqreb)

Müdafiəçilər: Şime Vrsalko ("Atletiko", İspaniya), Vedran Çorluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Beşiktaş", Türkiyə), İvan Striniç ("Sampdoriya", İtaliya), Deyan Lovren ("Liverpul", İngiltərə), Yosip Pivariç ("Dinamo", Kiyev, Ukrayna), Tin Edvay ("Bayer", Almaniya), Duye Çaleta-Tsar ("Zalsburq", Avstriya)

Yarımmüdafiəçilər: Marselo Brozoviç ("İnter", İtaliya), Luka Modriç, Mateo Kovaçiç (hər ikisi "Real Madrid", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badel ("Fiorentina", İtaliya), Filip Bradariç ("Riyeka")

Hücumçular: Ante Rebiç ("Ayntraxt", Almaniya), Marko Pyatsa ("Şalke", Almaniya), Mario Mancukiç ("Yuventus", İtaliya), İvan Perişiç ("İnter", İtaliya), Nikola Kaliniç ("Milan", İtaliya), Andrey Kramariç ("Hoffenhaym", Almaniya)

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. D qrupunda yer alan Xorvatiya millisi iyunun 16-da Kaliniqradda Nigeriya, iyunun 21-də Nijni Novqorodda Argentina, iyunun 26-da isə Rostov-Donda İslandiya yığması ilə qarşılaşacaq.